Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 1 % artıb

Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 1 % artıb

15 Aprel 2026

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 915,5 manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 807,8 manat, özəl sektorda isə 1 982,3 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 1 %, o cümlədən dövlət sektorunda 15,3 % artıb, özəl sektorda isə 7,5 % azalıb.

2026-cı il mart ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 33,5 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,6 % azdır.