Əmrah Nağıyev “Sea Breeze” qaçışında ikinci olub -

Əmrah Nağıyev “Sea Breeze” qaçışında ikinci olub - FOTO

15 Aprel 2026

Bakı şəhərinin Sea Breeze ərazisində Baku Pulse tərəfindən “Sea Breeze Run 2” qaçış yarışı təşkil olunub. Ümumilikdə 267 həvəskar və peşəkar idmançının iştirak etdiyi tədbir çərçivəsində 10 km məsafəyə qaçış və müxtəlif yaş kateqoriyaları üzrə yarışlar təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışa Naxçıvandan qatılan idmançı Əmrah Nağıyev 10 km məsafədə müvəffəqiyyət qazanıb. Atlet finişə ikinci olaraq çatıb və yarışın gümüş medalına layiq görülüb.

Qeyd edək ki, yarış iştirakçıları arasında Rusiya, Pakistan, İran, Ukrayna, Portuqaliya, Gürcüstan, Türkiyə, Çexiya, Özbəkistan, Qazaxıstan, Braziliya, ABŞ və digər ölkələrin nümayəndələri də yer alıb.