Azərbaycanda bəzi səhiyyə işçilərinin əməkhaqları artırıldı

Azərbaycanda bəzi səhiyyə işçilərinin əməkhaqları artırıldı

15 Aprel 2026

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləğində dəyişiklik edilib.