Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.








