Vilayət Eyvazov yaşayış yeri üzrə qeydiyyatla bağlı qərarda dəyişiklik etdi

Vilayət Eyvazov yaşayış yeri üzrə qeydiyyatla bağlı qərarda dəyişiklik etdi

14 May 2026

Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasının təsdiq edilməsinə dair Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarında dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın yeni forması təsdiq olunub.