Naxçıvanda 10 yaşayış binasının əsaslı təmiri layihələndiriləcək

Naxçıvanda 10 yaşayış binasının əsaslı təmiri layihələndiriləcək

14 May 2026

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan şəhərində yerləşən 10 yaşayış binasının əsaslı təmir işlərinin layihələndirilməsi ilə bağlı müsabiqə elan olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla məlumat verir.

Məlumata görə, layihə çərçivəsində yaşayış binalarında əsaslı təmir işlərinin həyata keçirilməsi üçün müvafiq layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, layihənin məqsədi şəhərdə yaşayış fondunun yenilənməsi, binaların texniki vəziyyətinin yaxşılaşdırılması və sakinlərin daha təhlükəsiz və komfortlu şəraitdə yaşamasının təmin edilməsidir.