Hüquqpozmalara dair tədbir keçirilib - FOTO
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının əməkdaşı Mahir Babayev, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.














