Azərbaycanlı teatr xadimi Türkiyədə anılıb
Türkiyənin Ədirnə rayonunun Eskikadın kəndində keçirilən 2-ci Beynəlxalq Fəlsəfə, Sosial Biliklər, Sənət və İnsan Düşərgəsində Azərbaycanın tanınmış teatr xadimi Vaqif İbrahimoğlunun yaradıcılığı ilə bağlı təqdimat keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Türkiyənin tanınmış sənət adamı, rejissor, tədqiqatçı-pedaqoq Rasim Aşın düşərgə iştirakçıları qarşısında “Vaqif İbrahimoğlunun Azərbaycan Yuğ Dövlət Teatrında tətbiq etdiyi Psixosof teatr poetikası üslubu” mövzusunda çıxış edib.
Çıxış zamanı Vaqif İbrahimoğlunun teatr sənətinə gətirdiyi yeniliklərdən, onun yaradıcılıq prinsiplərinin müasir teatr prosesinə təsirindən danışılıb. Qeyd olunub ki, İbrahimoğlunun teatr poetikasında tətbiq etdiyi yeniliklər dünyanın tanınmış sənət adamları tərəfindən qəbul edilərək müxtəlif tamaşalarda uğurla tətbiq olunur.
Bir zamanlar Yuğ Dövlət Teatrında Vaqif İbrahimoğlu ilə birlikdə çalışan Rasim Aşın çıxışında sənətkarla bağlı şəxsi xatirələrini də bölüşüb.
Tədbirdə Vaqif İbrahimoğlunun Azərbaycan teatrının inkişafındakı rolu və yaradıcılıq irsinin beynəlxalq səviyyədə öyrənilməsinin əhəmiyyəti vurğulanıb.








