Naxçıvanda küləkli hava şəraiti müşahidə olunacaq

Naxçıvanda küləkli hava şəraiti müşahidə olunacaq

14 Avqust 2026

Bəzi bölgələrdə avqustun 15-də güclü külək əsəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.