Naxçıvanda karateçilərin açıq məşğələləri təşkil olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar müxtəlif idman növləri üzrə açıq hava məşğələləri davam etdirilir. Məqsəd gənc nəslin tarixi-mədəni irsimizə marağının artırılması, memarlıq abidələrinin tanıdılması, idman və sağlam həyat tərzinin təbliğidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində növbəti açıq hava idman məşğələsi Hüseyn Cavid məqbərəsi ətrafındakı parkda keçirilib. Bu dəfə məşğələdə “Qapıcıq” karate-do idman kulubunun karateçiləri iştirak ediblər. Məşq zamanı karateçilər üzrə müxtəlif texniki fəndlər və fiziki hazırlıq hərəkətləri icra olunub.
Layihə çərçivəsində növbəti açıq hava məşğələlərinin digər idman növləri üzrə də davam etdirilməsi və muxtar respublikanın müxtəlif tarixi-mədəni məkanlarını əhatə etməsi nəzərdə tutulur.











