İlham Namiq Kamal Naxçıvanda gənc aktyorlarla görüşəcək
Xalq artisti İlham Namiq Kamal Naxçıvanda gənc sənətçilərlə görüşəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının Yaradıcılıq işləri üzrə sədr müavini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili Teatr Aktyorluğu” kafedrasının məsləhətçi professoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Şöhrət ordenli Xalq artisti İlham Namiq Kamal M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının qonağı olacaq.
“Səhnədən Səhnəyə” adlı görüş çərçivəsində sənətkarın zəngin yaradıcılıq yolu, səhnə təcrübəsi və Azərbaycan teatrının inkişafı haqqında maraqlı söhbət aparılacaq.
Tədbirin ən önəmli hissələrindən biri isə gənc aktyorlar və teatrın yaradıcı heyəti üçün keçiriləcək ustad dərsi olacaq. İlham Namiq Kamal uzunillik səhnə təcrübəsini bölüşərək aktyor sənətinin incəlikləri, obraz üzərində iş, səhnə davranışı və aktyorun peşəkar inkişafı barədə praktiki tövsiyələr verəcək.
Bu görüş sadəcə bir sənətkarla görüş deyil-təcrübənin ustaddan gənc nəslə ötürüldüyü, səhnənin bir nəslinin digərinə yol göstərdiyi xüsusi bir sənət görüşüdür.
Görüş M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında keçiriləcək. Tədbirə giriş sərbəstdir. İştirak üçün öncədən qeydiyyat tələb olunur.
Əlaqə: 099 758 98 55.








