Ötən il təhsildə nəticəəsaslı büdcə göstəricisi 96 %-dən çox olub
2025-ci ilin dövlət büdcəsində təhsil sektoru üzrə 26 icraçı təşkilatın 10 proqram üzrə 101 tədbir həyata keçirməsi üçün 4 milyard 896,7 milyon manat vəsait proqnozlaşdırılsa da, bunun 4 milyard 619,5 milyon manatı və yaxud 94,3 %-i istifadə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sektor üzrə nəticə göstəricilərinin (indikator) sayı 207, nəticə göstəricilərinin icrası isə 96,2 % olub.
Sektor üzrə istifadə olunmuş vəsaitin 90,2 %-i Elm və Təhsil Nazirliyinin icra etdiyi tədbirlərin payına düşüb. Qurumun Maliyyə Nazirliyinə təqdim etdiyi 2025-2028-ci illər üzrə sektor strateji plana daxil olan proqramlar üzrə müəyyən olunmuş strateji hədəflərə ümumən nail olunub, nəticələr üzrə orta statistik icra göstəricisi yüksək olub.








