Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb -

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO

31 Oktyabr 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Görüş zamanı nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar aspektlərini müzakirə edib, həmçinin əsas regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlığın möhkəm əsasını təşkil edir.

Görüşdə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.