Naxçıvanda mebel sexində yanğın olub -

Naxçıvanda mebel sexində yanğın olub - FOTO

11 Fevral 2026

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 378 kvadratmetr olan obyektin 330 kvadratmetri içərisindəki əşyalarla birlikdə yanıb. Sexin 48 kvadratmetrlik otağı və içərisindəki əşyalar, eləcə də sexə bitişik 3 fərdi yaşayış evi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.