
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.