
Naxçıvanda kənd təsərrüfatı istehsalı 2 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 86,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.
5 ay ərzində muxtar respublikanın aqrar sektorunda 8,6 milyon manatlıq bitkiçilik məhsulları, 78 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub.