
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir - YENİLƏNƏCƏK
Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.