BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib

BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib

19 İyun 2025

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları iyun ayında Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə  BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qeyd edilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib, onlara ailələri ilə əlaqə üçün şərait yaradılıb və onlar ailələrindən bağlamalar alıb.

"BQXK mandatına uyğun olaraq bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. Qurum həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - məlumatda vurğulanıb.