
İqtisadiyyat Nazirliyinin rəhbər heyəti və nümayəndələri şəhid ailələrini ziyarət edib - FOTO
27 sentyabr – Anım Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Nazirliyin və tabeliyindəki qurumların rəhbər heyəti və nümayəndələri muxtar respublikanın müxtəlif şəhər və rayonlarında 17 şəhid ailəsini ziyarət ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdikləri igidlik və fədakarlıqlardan bəhs olunub. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu xüsusda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şücaət göstərən şəhidlərimizin rolu misilsizdir və onların xatirəsi daim uca tutulur.
Şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlıq bildirilib, şəhid yaxınlarının bundan sonra da dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı vurğulanıb.