
Mədəniyyət Nazirliyinin Kollektivi Şəhid ailələrini ziyarət edib - FOTO
Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini,nazir vəzifələrini icra edən Həsən Seyidov və nümayəndə heyəti Naxçıvanda Şəhid ailələrinin evlərində olublar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Şəhid məzarları ziyarət edilərək, önlərinə tər gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından söz açılıb. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda həyata keçirilən abadlıq quruculuq işlərindən bəhs edilib, dünya hərb tarixinə əbədi həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.