
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Şəhidlərin məzarını ziyarət edib - FOTO
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Anım Günü münasibətilə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin məzarını ziyarət edib. Təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələr qəhrəman Vətən Övladlarının məzarları önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini ehtiramla yad ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxış edərək şəhidlərin Azərbaycan xalqı üçün daim qürur mənbəyi olduğunu vurğulayıb, o “Şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün biz müstəqil və güclü bir ölkədə yaşayırıq. Onların müqəddəs xatirəsini heç vaxt unutmayacağıq, onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün daim örnək olacaq.”-deyə bildirib.
Ziyarət sonda şəhidlərin əziz xatirəsinə ehtiram nümayiş etdirilməsi ilə başa çatıb.