Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, yeni dövlət standartları aşağıdakılardır:
• AZS ГОСТ 12.2.002:2026 "Əməyin təhlükəsizliyi standartları sistemi - Kənd təsərrüfatı texnikası - Təhlükəsizliyin qiymətləndirilməsi üsulları";
• AZS ГОСТ 17.2.2.02:2026 "Dizel mühərriklərinin, traktorların və özüyeriyən kənd təsərrüfatı maşınlarının işlənmiş qazlarının qeyri-şəffaflığını təyin etmək üçün standartlar və üsullar";
• AZS ГОСТ 20062:2026 "Traktor oturacağı";
• AZS ГОСТ 32774:2026 "Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorları - dartma qurğuları";
• AZS ISO 27850:2026 "Kənd təsərrüfatı və meşə təsərrüfatı üçün traktorlar - düşən predmetlərdən qoruyucu konstruksiyalar - sınaq prosedurları və işçi xarakteristikaya tələbləri";
• AZS ISO 8084:2026 "Meşə təsərrüfatı üçün maşınlar - operatorun qoruyucu strukturları - laboratoriya sınaqları və performans tələbləri";
• AZS ISO 11169:2026 "Meşə təsərrüfatı üçün maşınlar - təkərli xüsusi maşınlar lüğət, əyləc sistemlərinin sınaq üsulları və işə yararlılıq meyarları";
• AZS ISO 5700-2025:2026 "Kənd təsərrüfatı və meşə təsərrüfatı üçün traktorlar - aşmaya qarşı qoruyucu quruluşlar - statik sınaqların metodu və qəbul şərtləri";
• AZS ISO 11512:2026 "Meşə təsərrüfatı üçün texnika - tırtıllı xüsusi maşınlar- əyləc sistemlərinin işə yararlılıq meyarları";
• AZS EN 1853:2026 "Kənd təsərrüfatı texnikası – qoşqular - təhlükəsizlik";
• AZS ECE 112:2026 "Asimmetrik keçid şüası və ya hərəkət şüası və ya hər ikisini yayan və filament lampaları və ya işıq saçan diod (LED) modulları ilə təchiz edilmiş avtomobil faralarının təsdiqi ilə bağlı vahid müddəalar";
• AZS ECE 113:2026 "Simmetrik ötürmə şüası və ya hərəkət şüası və ya hər ikisini yayan və filament, qazboşaltma işıq mənbələri və ya LED dair modulları ilə təchiz edilmiş avtomobil faralarının təsdiqi ilə bağlı vahid müddəalar".
Bu dövlət standartlarıın tətbiqi kənd və meşə təsərrüfatı texnikalarının, eləcə də ehtiyyat hissələrinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin müvafiq sahədə istehsal proseslərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Onların layihələri "2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nın icrası çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında təsis olunan "Kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqları, dəsti və alətləri" standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 41) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartları dövlətlərarası, regional və beynəlxalq standartlara, eləcə də BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən müəyyən edilmiş müvafiq qaydalara əsasən hazırlanıb.








