Malik Rzayev Şərurda vətəndaşları qəbul edəcək

Malik Rzayev Şərurda vətəndaşları qəbul edəcək

19 Avqust 2024

Avqustun 21-də Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev tərəfindən saat 10:00-dan 13:00-dək Şərur Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 20 avqust 2024-cü il tarixində saat 10:00-dan 13:00-dək Şərur Rayon İcra Hakimiyyətində aparılacaq. Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur.