Naxçıvan MR-da HİV infeksiyasının erkən aşkarlanmasında yeni mərhələ

Naxçıvan MR-da HİV infeksiyasının erkən aşkarlanmasında yeni mərhələ

29 Avqust 2025

Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi ilk dəfə olaraq tüpürcək testləri vasitəsilə HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verib. Bu metod ənənəvi qan testlərindən fərqli olaraq daha rahat, təhlükəsiz və sürətli nəticə əldə etməyə imkan verir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilkin mərhələdə sözügedən testlər Naxçıvan MR Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində stasionar müalicə alan pasiyentlər arasında həyata keçirilib. Bu addım həm pasiyentlərin sağlamlıq durumunun vaxtında qiymətləndirilməsinə, həm də risk qruplarında HİV infeksiyasının erkən aşkarlanmasına xidmət edir.

QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü çərçivəsində icra edilən bu yeni yanaşma gələcəkdə digər tibb müəssisələrində də tətbiq olunacaq və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addım olacaq.