
Naxçıvanda təcili tibbi yardım əməkdaşları üçün təlimlərin ilkin mərhələsi başa çatıb - FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Treninq və Simulyasiya Mərkəzində Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları üçün nəzərdə tutulan təlimlərin ilk mərhələsi uğurla yekunlaşıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlim zamanı ilkin tibbi yardımın göstərilməsi ilə bağlı əsas qaydalar izah olunub, praktiki məşğələlər keçirilib və iştirakçılar biliklərini müxtəlif situasiyalarda tətbiq ediblər. Qeyd olunub ki, əhaliyə vaxtında və düzgün tibbi yardım göstərilməsi üçün bu biliklərin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bundan əlavə, Təcili Tibbi Yardım Xidməti müasir avadanlıqlarla təchiz olunub. Təlimdə həmin avadanlıqlar nümayiş etdirilərək onların istifadə qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, bu təlimlərin davamlı təşkili tibbi personalın peşəkarlığının artırılmasına və əhaliyə göstərilən təcili tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.