Naxçıvanda bəzi ərazilərdə su təchizatında müvəqqəti fasilə yaranacaq

Naxçıvanda bəzi ərazilərdə su təchizatında müvəqqəti fasilə yaranacaq

06 May 2026

Diametri 450 mm olan magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq  mayın 7-də saat 00:00-dan etibarən Naxçıvan şəhərinin bir sıra ərazilərində gün ərzində su təchizatında müvəqqəti fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fasilə M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələrini, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələrini, həmçinin 6, 54, 56, 58, 60, 61-ci məhəllələri, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.

Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Yaranan narahatlığa görə abonentlərdən üzr istənilir və göstərilən anlayışa görə minnətdarlıq bildirilir.

Əlavə məlumat üçün: 📞 545-01-93 (7/24) 📞 955 (7/24)