Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb - FOTO
“Naxçıvan” Mərkəzi Təlim Mərkəzində gənclərin iştirakı ilə “Hədəf” atış təlimi keçirilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında reallaşan təlimdə onlayn qeydiyyatdan keçmiş 40 gənc iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlim başlanmazdan öncə nazirliyin şöbə müdiri İlhahə Haqverdiyeva tədbirin əhəmiyyətindən danışıb, “Hədəf” və bu cür layihələrin gənclərin hərb peşəsinə marağının yüksəlməsi, onların vətənpərvərlik ruhunda formalaşması, özünümüdafiə və yeni bacarıqlara yiyələnmələri baxımından önəmli rola malik olduğunu diqqətə çatdırıb.
Təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verildikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Bu mərhələdə patronların darağa doldurulması və boşaldılması, silahların texniki xüsusiyyələri, natamam sökülüb-yığılması, əl qumbaralarından istifadə və digər zəruri psoseslər iştirakçılara izah olunub, atəş tapşırığı simulyasiya edilib. Gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan 100 metr məsafədən hədəfə doğru atışlar icra ediblər. Fərqlənən iştirakçılar diplomla təltif olunublar.














