Naxçıvanda layihə maliyyələşməsi əsasən regionları əhatə edib
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2026-ci ilin yanvar–may aylarında maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 56,7 faizi kənd təsərrüfatı, 28,4 faizi xidmət, 14,9 faizi isə sənaye sahələrinə yönəldilib.
Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 91,7 faizi, güzəştli kredit məbləğinin isə 68,1 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.








