Naxçıvanda maliyyələşdirilən layihələrin sayı artıb
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 29,2 faizi artıb
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cari ilin yanvar–may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 2,9 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 84 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 29,2 faiz artıb.
Maliyyələşdirilmiş kreditlər hesabına 142 yeni iş yerinin yaradılması nəzərdə tutulur.








