Naxçıvanın bəzi yerlərində internet olmayacaq

Naxçıvanın bəzi yerlərində internet olmayacaq

30 İyul 2025

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində fiber-optik internet xəttində baş vermiş qəzanın aradan qaldırılması zərurəti yaranmışdır.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu səbəbdən, gün ərzində Şahbuz rayonunun Mahmudoba, Nurs, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Ağbulaq, Gömür, Biçənək və Kolanı kəndlərində internetin verilişi qısa zaman ərzində dayandırılacaqdır.

Bu kəndlərdə aparılan təmir-bərpa işləri başa çatdıqdan sonra əhali daha keyfiyyətli və dayanıqlı rabitə xidmətləri ilə təmin olunacaq.