
Övladlığa götürmə hansı hallarda ləğv edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Övladlığa götürmə hansı hallarda ləğv edilir?
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132-ci maddəsinə əsasən övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir.
1. övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;
3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;
4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.
Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünasYaqub Salamzadə