Pezeşkian: İran destabillik və müharibə istəmir
İran destabillik və müharibə istəmir, eyni zamanda həmişə müxtəlif ölkələrlə konstruktiv dialoq və anlaşmanın vacibliyini qeyd edir.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatna görə, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün Tehran vilayəti Təcili Yardım Təşkilatı ilə yaxından tanış olarkən deyib.
Onun sözlərinə görə, bununla belə ölkəni təslimə məcbur etmək və yaxud hər hansı iradəni qəbul etdirməyə çalışmaq uğursuzluqla üzləşəcək. İran heç vaxt təslim olmayacaq.
Pezeşkian bildirib ki, ölkələrə qarşı hər hansı hərbi addım beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərlə ziddiyyət təşkil edir. İrana qarşı hansı cinayətlə hücumun həyata keçirildiyi, sivillər, məktəblər, xəstəxanaların hansı beynəlxalq hüquq və prinsiplər çərçivəsində həyata keçirildiyi bəlli deyil.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.








