Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə kimdir? -

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə kimdir? - DOSYE

14 May 2026

Prezident İlham Əliyevin sərəncamı ilə Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ağakərim Səmədzadənin dosyesini təqdim edir:

Ağakərim Səmədzadə Bakı Dövlət Universitetində filologiya və hüquq ixtisasları üzrə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə təhsil alıb, Rusiya Federasiyasında hüquq üzrə magistr dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə keçmiş "Azəravtoyol" dövlət şirkətində başlayıb, daha sonra Ədliyyə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Azərbaycan Biznesinin İnkişafı Fondunda rəhbər vəzifələr tutub.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir sıra medallarla təltif olunub, "baş ədliyyə müşaviri" xüsusi rütbəsinə layiq görülüb.

Azərbaycan, ingilis, rus, türk dillərini bilir.