
Səhiyyə Nazirliyi tərəfindən tibbi aksiya keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tibbi aksiya Ordubad Rayon Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində keçirilmişdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya zamanı ginekologiya, nevrologiya, oftalmologiya, terapevtik və pediatriya sahələri üzrə ixtisaslaşmış həkimlər tərəfindən kənd sakinlərinə tibbi müayinələr və konsultasiyalar göstərilmişdir. Vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik və zəruri müalicə tədbirləri ilə bağlı tövsiyələr verilmişdir.
Qeyd edək ki, aksiyada ümumilikdə 60-a yaxın vətəndaş tibbi müayinədən keçmişdir.