
Son dörd ayda Naxçıvanda 43 nəfəri ilan, 137 nəfəri isə əqrəb sancıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2025-ci ilin aprel ayından bu günə qədər olan dövr üzrə ilan və əqrəb sancmaları ilə bağlı statistik məlumatları açıqlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirlikdən verilən məlumata görə, bu müddət ərzində ilan sancması diaqnozu ilə ümumilikdə 43 nəfər tibb müəssisələrinə müraciət edib.
Eyni zamanda, qeyd olunan dövrdə əqrəb sancması ilə bağlı 137 nəfər, qara əqrəb sancması ilə bağlı isə 7 nəfər həkimə müraciət edib. Bundan əlavə, gün vurması diaqnozu ilə 6 nəfər xəstəxanalarda müalicə alıb.