Yalnız referendumla həll edilən məsələlər hansılardır? -

Yalnız referendumla həll edilən məsələlər hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

01 Avqust 2025

Sual: Yalnız referendumla həll edilən məsələlər hansılardır?  

Cavab: Azərbaycan Respublikasının Konstitusiyasına əsaən Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov