
Metin Yener : Azərbaycan və Türkiyə Hesablama qurumları arasında əməkdaşlıq daha da inkişaf edəcək
Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqram çərçivəsində universitet rəhbərliyi və tələbələrlə görüşən sədr, Azərbaycan və Türkiyə arasında ali audit qurumları səviyyəsində əməkdaşlığın əhəmiyyətindən jurnalistlərə müsahibəsində danışıb.
O qeyd edib ki, Naxçıvan Dövlət Universitetində olmaqdan böyük məmnuniyyət duyuram. Həm universitetin, həm də Azərbaycan Hesablama Palatasının təşkil etdiyi bu tədbir yüksək səviyyədə keçdi. Bizə göstərilən qonaqpərvərliyə və bu gözəl proqram üçün universitetin rektoruna təşəkkür edirik.
Metin Yener həmçinin bildirilib ki, burada əsas məqsəd ali audit qurumları ilə ali təhsil müəssisələri arasında təcrübə və bilik mübadiləsini genişləndirməkdir. Biz də bu təşəbbüsə dəstək olaraq buradayıq.
"Hesab edirəm ki, bu cür proqramlar həm iki dövlət arasında, həm də audit qurumları səviyyəsində əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Gələcəkdə Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universitetinin birgə layihələr həyata keçirməsi mümkündür. Bu layihələr Türkiyə və Azərbaycan Hesablama Palatalarının ortaq təşəbbüsləri ilə daha da faydalı ola bilər". - deyə o qeyd edib.