Azərbaycanda aqrar sektor 1,5 % böyüyüb

Azərbaycanda aqrar sektor 1,5 % böyüyüb

17 İyun 2025

Bu ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 706 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,1 % artaraq 867,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə % artaraq 2 milyard 838 milyon manat təşkil edib.

Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini əsasən başa çatıb. İyunun 1-nə 369,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 73,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 33,9 min hektarı dən üçün qarğıdalı), 44,8 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 17,3 min hektar sahədə bostan bitkiləri, 100,6 min hektar sahədə pambıq, 12,7 min hektar sahədə dən üçün günəbaxan, 7,2 min hektar sahədə şəkər çuğunduru, 2,5 min hektar sahədə tütün, 47,8 min hektar sahədə çoxillik otlar, 3,8 min hektar sahədə birillik otlar və 0,7 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

5 ay ərzində ölkədə quş əti daxil olmaqla diri çəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1 milyon 11,2 milyon ədəd yumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal edilmiş, ötən ilin eyni dövrünə nisbətən yumurta istehsalı 2,8 %, ət istehsalı 1,2 %, süd istehsalı 0,2 % artıb, yun istehsalı 1,4 %, barama istehsalı isə 58,1 % azalıb.