Ağdamın Xıdırlı kəndinə daha 24 ailə köçürülüb, açarlar təqdim edilib - YENİLƏNİB
Ağdam rayonunun Xıdırlı kəndində çatan sakinlərə evlərinin açarları təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə kəndə 24 ailədən ibarət 124 nəfər köçürülüb.








