Hikmət Hacıyev: Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanır
Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
"Zəngəzur dəhlizinin Azərbaycan–Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır", -deyə o qeyd edib.
https://twitter.com/i/status/1984174715888656452








