Ceyhun Bayramov YUNESKO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən açılış mərasimində iştirak edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, C. Bayramov Özbəkistanda işgüzar səfərdədir.











