Elnar Hüseynov şəhid ailələrini ziyarət edib -

Elnar Hüseynov şəhid ailələrini ziyarət edib - FOTO

31 İyul 2025

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov şəhid ailələrinə baş çəkib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Bağır Ələkbərovun, baş leytenant İsmayıl Vəliyevin və 2023-cü ildə keçirilən “Antiterror əməliyyatı” zamanı şəhid olan polis çavuşu Ələsgər Əsgərovun ailələrini ziyarət edib.

Ziyarət zamanı şəhidlərin vətən uğrunda göstərdiyi igidliklər xatırlanıb, onların əziz xatirəsi ehtiramla yad edilib. Elnar Hüseynov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.

Elnar Hüseynov həmçinin şəhid Bağır Ələkbərovun övladı Əsəd Ələkbərovun doğum günündə iştirak edib, onu təbrik edərək ailəsinə xoş arzularını çatdırıb.