Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

11 Fevral 2026

Heydər Əliyev Mərkəzi Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin şərəfinə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Bu gözəl jest ABŞ–Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcək və qarşılıqlı rifah naminə ortaq öhdəliyimizin güclü simvoludur", - deyə paylaşımda qeyd edilib.