
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 32 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 55,7 milyon manat vəsait yönəldilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,5 % çoxdur.
5 ay ərzində investisiya qoyuluşunun 34,9 milyon manatı və yaxud 62,6 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 6,7 % çoxdur.