Naxçıvanın büdcə gəlir və xərcləri artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri (dotasiya istisna olmaqla) 86,181 milyon manat təşkil edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.
Eyni zamanda hesabat dövrü ərzində muxtar rrespublikanın büdcə xərcləri isə 139,630 milyon manata bərabər olub.
Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2% artım deməkdir.








