Polisin spirtli içki ilə bağlı tibbi müayinə tələbindən imtina etməyin məsuliyyəti varmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Polisin spirtli içki ilə bağlı tibbi müayinə tələbindən imtina etməyin məsuliyyəti varmı?
Cavab: Bəli. Belə ki, İnxibati Xətalar Məcəlləsinin 343-cü maddəsinə əsasən nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edildikdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.
Habelə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə 500 manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev








