Uşaqlar barəsində dövlət siyasətinin məqsədi nədən ibarətdir? -

Uşaqlar barəsində dövlət siyasətinin məqsədi nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ

31 Oktyabr 2025

Sual: Uşaqlar barəsində dövlət siyasətinin məqsədi nədən ibarətdir?

Cavab: Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov