Rifat Bayramov: Naxçıvanda ipoteka kreditlərinin həcmi kəskin artıb

Rifat Bayramov: Naxçıvanda ipoteka kreditlərinin həcmi kəskin artıb

30 İyul 2025

2025-ci ilin müvafiq dövrü üzrə güzəştli ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 281,73% artaraq 1 milyon 544 min 900 manata çatıb.

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan İpoteka Fondu ASC-nin əməkdaşı Rifat Bayramov bildirib. 

O qeyd edib ki, adi ipoteka kreditlərində isə 0,6% artım qeydə alınıb və ümumi məbləğ 388 min 705 manat təşkil edib.

"Bu artım əhalinin mənzil təminatına olan marağının artması və dövlətin ipoteka dəstəyi siyasətinin effektivliyini göstərir", - deyə o qeyd edib.