
DİN: “Sputnik Azərbaycan"da əməliyyat keçirilib, 2 nəfər saxlanılıb
“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var:
"Əməliyyatla bağlı əlavə məlumat veriləcək", -deyə məlumatda qeyd edilir.