
Xanlar Mustafayev Ordubadda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev 31 iyul 2025-ci il tarixdə, saat 15:00-da Ordubad rayonunda vətəndaşların qəbulunu keçirəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutacaq. Görüşdə iştirak etmək istəyən vətəndaşlardan aşağıda qeyd olunan əlaqə vasitələri ilə əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur:
📞 (036) 545 72 58
📞 (060) 505 21 00
📧 ekologiya@nakhchivan.az
Qeyd edək ki, qəbul vətəndaşların ekologiya və təbii sərvətlər sahəsində müraciətlərinə baxılması və mövcud problemlərin dinlənilməsi məqsədi daşıyır.